Bir neçə gün öncə ölkənin lider mobil operatoru Azercell Telekom iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi təqdimatçısı kimi abunəçilərinə yeni cəlbedici təklifi barədə elan vermişdir.
Nəhayət, bu gün - 4 noyabr tarixindən etibarən Azercell-in bütün müştəriləri güzəştli şərtlərlə iPhone 7 telefonuna sahib olmaq üçün ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon və 30GB həcmində Hədsiz İnternet paketini əldə edə bilər.
Beləliklə, ən müasir smartfonu əldə etmək istəyən abunəçilər 4 noyabr tarixlərindən Azercell-in Z.Tağıyev 26A, B.Bağırova 2, 28 May 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşıb bu sərfəli təklifdən yararlana bilər. Onu da bildirək ki, telefonların sayı məhduddur.
Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareya və suya/toza davamlılığı ilə seçilir.
Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.