get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən Korporativ Abunəçilər üçün Biznes Paketləri

calendar 30.11.2014

Hər zaman müxtəlif abunəçi seqmetlərini yeniliklərlə sevindirən ölkənin lider mobil operatoru Azercell Telekom mayın 5-dən  etibarən Fakturalı xətt seçilmiş müştəri qrupları üçün yeni Biznes paketlərini istifadəyə verib. Yeni paket abunəçilərə sərfəli danışıq ilə yanaşı, bir sıra güzəştlər də qazandırır. Belə ki, yeni paketə qoşulan zaman abunəçilər cəmi 10 AZN abunə haqqı ödəməklə ölkədaxili danışıqlar üçün 500 dəq, 500 sms və 500 MB internet əldə etmək imkanı qazanırlar. Eləcə də, 20 AZN-lik abunə haqqı müqabilində abunəçi ölkədaxili danışıqlar üçün 2000 dəq, 2000 sms və 2000 MB internet əldə edir. Bu paketin digər bir üstünlüyü isə ondan ibarətdir ki, bu paketə qoşulmaqla abunəçilər beynəlxalq zənglərdə 20 və müvafiq olaraq 40 faiz endirimdən yararlana bilirlər. Eyni zamanda, faktura dövrü ərzində əlavə trafikə 95% endirim tətbiq edilir (hər MB üçün 0.02AZN)

 

10AZN (EDV daxil)

20AZN (EDV daxil)

Ölkədaxili zənglər

500 dəqiqə

2000 dəqiqə

Ölkədaxili SMS

500

2000

Beynəlxalq istiqamətlərə  zənglərə

20% endirim

40% endirim

İnternet

500 Mb

2000 Mb

 

Qeyd edək ki, danışıq dəqiqələri sms rominq xidməti, qısa nömrələrə  edilən zənglər və sms-lər xaric olmaqla ölkədaxili istiqamətlərdə istifadə oluna bilər. Eyni zamanda, BizKlub daxili, qısa nömrələrə edilən, eləcə də peyk nömrələrinə və rominq xidməti çərçivəsində edilən xidmətlər istisna olmaqla, göstərilən xidmətlərin istifadə edilməyən hissələri növbəti faktura dövrünə keçirilmir. Əlavə xidmətlərin haqqı abunəçinin tarif paketinə uyğun olaraq hesablanır.


Azercell bundan sonra da abunəçilərini sərfəli tarif paketləri və yeni cəlbedici kampaniyalarla sevindirməkdə davam edəcək.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.