get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi. Bayram əhvalını Azercell ilə yaşa!

calendar 28.12.2018

Yeni il ərəfəsində “Azercell Telekom” MMC abunəçilərinə özəl kampaniya təqdim edir. Belə ki,  30.12.2018 – 05.01.2019 tarixləri arasında ZVUK-dan  (onlayn musiqi tətbiqi) ilk dəfə istifadə edənlərə Yeni il hədiyyəsi olaraq Azercell 7 günlük Premium abunəlik təqdim edəcək. Şirkətin yeni il hədiyyəsindən yararlanmaq üçün Hediyye2019 yazıb 7707 qısa nömrəsinə göndərmək lazımdır. Zvuk xidməti   istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Xidmətə qoşulmaq üçün Google Play və ya AppStore-dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır. Abunəçilər Azercell Telekom MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi — SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565,E-poçt: customercare@azercell.com; musterixidmetleri@azercell.com, o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdirlər.

Azercell-in təqdim etdiyi Yeni İl hədiyyəsindən faydalanmağa Siz də tələsin!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.