get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən sərfəli təklif

calendar 12.05.2017

LG Flex 2 telefonu ayda cəmi 45 AZN-a

 

 

Azercell Telekom MMC abunəçiləri üçün daha bir sərfəli kampaniyaya başlayır. 11.05.2017-ci il tarixindən etibarən Azercell abunəçiləri 1001 Smartfon kampaniyası çərçivəsində LG Flex 2 telefonunu və əlavə olaraq, LG qol saatını hədiyyə olaraq əldə edə biləcəklər. Ayda cəmi 45 AZN ödəməklə abunəçilər  4G-dəstəkləyən smartfonlarını, hər ay 5GB internet hədiyyə və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

Qeyd edək ki, Azercell 1001 Smartfon kampaniyası çərçivəsində güzəştli təkliflərini yay boyunca davam etdirəcək.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.