Bununla da regionlarda Ekspres ofislərinin sayı 29-a çatdı
Azercell Telekom MMC müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Belə ki, şirkət 7 noyabrdan etibarən İsmayıllı şəhəri, Babək küçəsi, dalan 2 ev 1 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib.
AzEks ofisindən İsmayıllıda yaşayan Azercell abunəçiləri ilə yanaşı, qonşu rayonların sakinləri də istifadə edə biləcəklər. Yeni AzEks ofisi hamı üçün rahat olan bir nöqtədə üç xidmət (one-stop shopping) konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.
Qeyd edək ki, Azercell-in hal hazırda Bakıda 18, regionlarda isə 29 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti ofisi fəaliyyət göstərir. Azercell ilin sonuna qədər Bakıda və regionlarda AzEks ofislərinin sayını artırmaq niyyətindədir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu.