Mobil rabitə xidmətlərindən istifadə zamanı abunəçiləri çox vaxt narahat edən hallardan biri nömrələrinə çoxlu sayda reklam xarakterli SMS-lərin gəlməsidir. Daim öz abunəçilərinin qayğısına qalan Azərbaycanın lider mobil operatoru Azercell Telekom ölkədə ilk dəfə olaraq müştəriləri üçün xüsusi SMS filtrasiyası imkanını tətbiq edir. SMS filterini tətbiq etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-lərin qarşısını almaq mümkündür. Abunəçi SMS filtrasiya xidmətindən çox asanlıqla yararlana bilər. Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və yaxud boş SMS göndərməklə, arzuolunmaz reklam mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər. Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin balansından heç bir məbləğ çıxılmır.
Hər zaman öz abunəçilərinin məmnunluğunu düşünən Azercell şirkəti bundan sonra da müştərilərilərinin mobil rabitə xidmətlərindən daha rahat və sərbəst istifadəsi üçün şərait yaratmaqda davam edəcəkdir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.