Şirkət Təcrübə Proqramı çərçivəsində tələbələrlə görüş keçirdi
Fəaliyyət göstərdiyi 18 il ərzində Azercell Telekom MMC Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə dəstək verib. Şirkətin dəstəklədiyi sosial layihələr arasında təhsil sahəsinə aid olanları, xüsusilə də telekommunikasiya sahəsində təcrübəli kadrların yetişməsinə kömək edən təşəbbüslərə xüsusi yer verilib. Şirkət bu gündə bu yöndə fəaliyyətini davam etdirir. Belə ki, bu günlərdə Azercell Telekom-un İnsan Qaynaqları Şöbəsi Tələbə Proqramı çərçivəsində Azərbaycan Dövlət Dillər Universitetində tələbələrlə görüş keçirib. Görüş zamanı tələbələrə Azerell-in həyata keçirdiyi Tələbə Təqaüd Proqramı və eyni zamanda Təcrübə Proqramı haqqında geniş məlumat verilib və onların sualları cavablandırılıb. Məlumat üçün bildirək ki, Azercell bu il də tələbələr üçün Təcrübə Proqramına start verib. Bu proqram tələbələrə nəzəri bilikləri real iş şəraitində tətbiq etməyə, telekommunikasiya sənayesi haqda bilikləri əldə etməyə, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə və gələcəkdə şirkətdə karyera qurmağa imkanlar yaradır. Proqramda ali təhsil məktəblərinin son iki kursunun tələbələri iştirak edə bilir. Mərhələli dəyərləndirmələr nəticəsində seçilən tələbələr Azercell şirkətində təcrübə keçərək müvafiq aylıq əmək haqqı almaqla bərabər Azercell Ailəsinin bir üzvü olmaq imkanı qazanırlar. Bir tələbə eyni zamanda bir neçə təcrübə sahəsi üzrə müraciət edə bilir. Müraciət forması ilə yanaşı, gənclər həm də təqdim edilən iki mövzudan biri üzrə ingilis dilində esse yazırlar. Tələbə Təqaüd Proqramında isə bu il 12 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.Eyni zamanda şirkət bi il Bölğə Tələbə Proqamını da reallaşdırıb. Proqramın qalibləri sırasında Lənkəran Dövlət Universitetinin 1, Mingəçevir Politexnik İnstitutunun və Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi yer alıb.
Onu da bildirək ki, Azercell Telekom-un nümayəndələri son aylar ərzində Lənkaran Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu və Naxçıvan Dövlət Universitetində tələbələrlə də görüş keçiriblər.
Məlumat üçün bildirək ki, Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi olacaqdır.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.