get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Genişləndirilmiş Reallığı BakuTel-2014 sərgisində təqdim edir Ən son texnoloji yeniliklərə Azercell-in guşəsində tanış olun!

calendar 30.11.2013

Azercell Telekom texnoloji yeniliklərlə maraqlanan hər kəsi 2-5 dekabr 2014 –cü il tarixlərində Baku Expo mərkəzində keçirilən BakuTel Beynəlxalq Telekommunikasiya sərgisinə dəvət edir. Hər zaman olduğu kimi, 2014-cü ildə də BakuTel iştirakçılarını Azərbaycanın lider mobil operatorunun stendində ən müasir texnologiyalar, mobil cihazlar vasitəsilə insan həyatını həm  asanlaşdıran, həm də rəngarəng edən alternativ məhsullar və əlbəttə ki, hədiyyələrlər dolu maraqlı əyləncəli proqram gözləyir.
İldən-ilə Azercell-in Bakutel sərgisində təqdim etdiyi məhsullar və innovativ tapıntılar ölkə miqyasında öz yeniliyi ilə seçilmişdir.  Bu il də şirkət ziyarətçilərini dünyanın ən son texnologiyalarının köməyi ilə təəccübləndirmək və əyləndirmək arzusundadır.

Beləliklə, Azercell-in yeni texnologiyalar guşəsində ziyarətçilər artıq bir neçə istiqamətdə yeniliklərdən faydalana biləcəklər. Bu innovativ texnoloji həllərə Mobil Sağlamlıq, Valideyn Nəzarəti Sistemi, Barama İnnovasiya Mərkəzinin təqdim etdiyi Təhlükəsizlik Sistemi və Google Glass eynəyinin 2-ci versiyası və b. aiddir.

 

Bundan əlavə, BakuTel 2014 sərgisində Azercell ilk dəfə olaraq dünyada “Augmented Reality” - Genişləndirilmiş Realliq kimi tanınan texniki yeniliyi təqdim edir. Azercell əməkdaşının şəkli olan plakata xüsusi proqram yüklənmiş cihazı – mobil telefonu və ya planşeti yaxınlaşdırdıqda, telefondakı şəkil canlanaraq Azercell-in bu sərgidə göstərdiyi yenilikləri barədə söhbət etməyə başlayır. Bu xidmət vasitəsilə Azercell öz abunəçilərinə ənənəvi ikiölçülü reklam plakatlarını üçölçülü formatda, yəni video formatda izləməyə imkan verir. Yaxın gələcəkdə Azercell bir çox reklamlarını Genişləndirilmiş Reallıq üzərindən təqdim etməyi planlaşdırır. Qeyd edək ki, bu sistem vasitəsilə sərgi zamanı seyrçilər mobil cihazdan başqa maraqlı vasitələri də sınaya biləcəklər.

Ən qabaqcıl texnologiyaların avtomatlaşdırılmış sistemi olan M2M (Machine to Machine) daha rahat və maraqlı yaşayış tərzi üçün çoxlu sayda funksiyaları yerinə yetirməyə imkan verir. Mobil Sağlamlıq Sistemi (Mobile Health System) pasientin səhhəti ilə bağlı məlumatı təhlil edərək, dialoq rejimində simptomların səbəbini araşdırmağa çalışır. Ehtiyac olduğu halda, məlumatlar mərkəzə göndərilərək, pasientin həkiminə çatdırılır.

Valideyn Nəzarəti Sistemi (Parental Control) valideyinlərə öz azyaşlı övladlarını nəzarətdə saxlamaq və onlarla istədikləri an əlaqə qurmaq üçün əla vasitədir. Azyaşlı uşaqların istifadəsi üçün çox rahat olan xüsusi kiçik telefonlar vasitəsilə uşaqlar asanlıqla əvvəlcədən müəyyənləşdirilmiş nömrələrə zəng edərək, valideynləri ilə əlaqə qura bilərlər. İnternet üzərində çalışan idarə paneli vasitəsilə isə valideyn öz övladının harada olması, məktəbi və ya bağçanı tərk etməsi və hansı marşrutla hərəkət etməsi barədə məlumat ala bilər. Tədris zamanı uşağın diqqətinin yayınmaması məqsədi ilə telefonun istifadəsi avtomatik şəkildə məhdudlaşdırıla bilər. Xidmətin bir sıra digər unikal nəzarət və təhlükəsizlik özəllikləri də mövcuddur. Bütün bunlar haqqında ziyarətçilər Azercell stendində daha ətraflı öyrənə biləcəklər.

 

Builki sərgidə Azercell-in təqdim etdiyi “Google Glass” interaktiv eynəyi vasitəsilə istifadəçi yalnız səsli əmrlər verməklə axtarış apara, şəkil və ya video endirə və dostları ilə paylaşa bilər.

 

Bundan əlavə, Azecell-in Barama İnnovasiya Mərkəzi tərəfindən təqdim edilən “Sumaks” Evdə Təhlükəsizlik Sistemi gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verəcək. Məsələn, istifadəçi evdə olmadığı zaman qaz, su sızması, qısaqapanma, elektrik cihazların söndürülməsi və yaxud işə salınması və s. proseslərin baş verdiyi halda sistem tərəfindən avtomatik olaraq mobil telefonuna gələn SMS-lə məlumatlandırılmış olur.

 

Göstərilən bütün bu həllər istifadəçilərə daha rahat şəkildə öz gündəlik fəaliyyətlərini planlamağa  və onlardan faydalanmağa imkan verir. 

TeliaSonera şirkətinin vitse-prezidenti və Teliasonera Avrasiya şirkətinin prezidenti Erik Holberq TeliaSonera və Turkcellin Azərbaycanda sərmayələr yatırmaqda davam edəcəyini bildirdi. 
Bununla bərabər, Azercell-in stendində qonaqları Güzgü-adamlar və DJ ReacTable əyləndirəcək. Dəyərli hədiyyələr qazanmaq istəyən sərgi ziyarətçiləri isə tədbir ərzində müxtəlif müsabiqələrdə, interaktiv oyunlarda iştirak edə biləcəklər.

Odur ki, Azercell hamını Bakutel sərgisindəki guşəsində səbirsizliklə gözləyir!


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. Hal-hazırda Azercell abunəçilərinin sayı 4,6 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.