get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Huawei smartfonları ilə bağlı kampaniyanın vaxtını uzatdı

calendar 30.11.2013

Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, Azercell daim öz abunəçilərinə sərfəli kampaniyalar və endirimlı tarif paketləri təqdim edir. Şirkətin təqdim etdiyi kampaniyalar abunəçiləri tərəfindən böyük maraqla qarşılandığından əksər hallarda bu kampaniyaların müddəti uzadılır. Belə kampaniyalardan biri də, Azercell-in ötən ilin dekabrından təqdim etdiyi Huawei smartfonları ilə bağlı endirim kampaniyasıdır. 31.05.2014-cü il tarixinə qədər uzadılan kampaniya çərçivəsində abunəçi özündə milli dəqiqələri, sms və mobil interneti birləşdirən əlverişli paketlərdən birinə qoşulmaqla Huawei Ascend P6  və Huawei Ascend Y511  telefonlarını 39AZN və ya 99AZN dəyərində inanılmaz qiymətə əldə edə bilər. Sözügedən kampaniyanın üstünlüklərindən istifadə etmək üçün müştərilər Bakıda və regionlarda yerləşən Azercell Ekspress (AzEx) ofislərinə və Azercell şirkətinin diler satış məntəqələrinə müraciət edə bilərlər.

 

Kampaniya haqqında daha ətraflı məlumatı aşağıdakı internet ünvanından əldə edə bilərsiniz:  http://www.azercell.com/az/personal/campaigns/devices/huawei_double/

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti  Asan imza sistemini  tətbiq edən ilk operator oldu.  Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.