get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib

calendar 12.12.2017

Azercell Telekom MMC-nin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə ökəmizdə III Uşaq Paralimpiya İdman Oyunları baş tutub. Dekabrın 11-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilən yarışda 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə 19 medal uğrunda mübarizə aparıblar. Bu dəfə idmançılarımız  boccia, cüdo, üzgüçülük, qolbol, masaüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi kimi idman oyunlarında öz güclərini sınayıblar.

Oyunların açılış mərasimində Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Milli Paralimpiya Komitəsinin İlqar Rəhimov, UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, UNİCEF-in Beynəlxalq eksperti Kolin Higgis , Gənclər və İdman Nazirliyinin, Olimpiya Komitəsinin, qeyri hökumət təşkilatlarının və  nümayəndələri iştirak edib.  III Uşaq Paralimpiya İdman Oyunlarının açılış və bağlanış mərasimlərində musiqili əyləncəli proqram da təşkil olunub.

Qaliblər kubok, medal, diplomlarla təltif olunublar və Azercell Telecom MMC və Milli Paralimpiya Komitəsi tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.