get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib

calendar 09.04.2019

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq tədbirə qatılıb. 2018-ci ildə ölkəmizdə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi “Onbranch” startapı ilə birlikdə mərkəz “Seedstars Sammiti”ndə iştirak edib. İsveçrənin Lozanna şəhərində baş tutan tədbirdə 75 ölkədən startap komandaları, hökumət nümayəndələri, investorlar, yaradıcı insanlar, həmçinin nüfuzlu şirkətlərin mentorları iştirak edib. Maliyyə, səhiyyə, təhsil, kənd təsərrüfatı və enerji sahələrində mövcud olan qlobal problemləri həll etmək məqsədilə keçirilən sammitdə Afrika, Latin Amerikası, Asiya, Şərqi Avropa və Orta Şərqi təmsil edən 64 ən uğurlu startap layihəsi 500,000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparıb. Nəticədə Argentinanı təmsil edən “Blended” startapı “Seedstars Sammiti”nin qalibi seçilib.

Məlumat üçün bildirək ki, “Seedstars World" regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Tədbirin keçirilməsində məqsəd inkişaf etməkdə olan ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.

Qeyd edək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və 6 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

Fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azercell və PAŞA Bankın dəstəyi ilə Azərbaycanda sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra uğurlara imza atıb. Ölkənin ilk biznes inkubatoru olan
mərkəz startapların inkişafının hər bir mərhələsində onlarla işləyir, uğur qazanmaq üçün lazım olan vəsaitlər, resurslar və biliklərlə təmin edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.