get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in dəstəyi ilə tələbələr üçün “1 günə sayt yaratmağı öyrən” seminarı keçirilib

calendar 05.03.2019

Fəaliyyətinin 10 illiyini qeyd edəcək Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafına öz töhfəsini verməyə davam edir. Zəngin təcrübə, peşəkər mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyi ilə gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verən mərkəz növbəti dəfə tələbələri bir araya gətirib. Belə ki, mərkəzin dəstəyi ilə “Owbike startapı tərəfindən tələbələrə “1 günə sayt yaratmağı öyrən” adlı seminar keçirilib. Seminar zamanı sayta ehtiyacı olan şirkətlərin tapılması, bazar araşdırmasının aparılması, şirkətlər üçün vebsayt kontentinin düzgün tərtib olunması və “Owbike” sistemi çərçivəsində sayt yaradıb şirkətlərə təklif olunması tələbələrə öyrədilib. Təlim zamanı həmçinin keyfiyyətli şəkildə hazırlanan və təqdim olunan saytların şirkətlərə verdikləri üstünlüklər, düzgün kontent strategiyasının müəyyən edilməsi və digər aktual mövzular müzakirə olunub. Seminarın təşkil olunmasında məqsəd tələbələrə “Content Management” (məzmun idarəolunması) peşəsinin əsaslarını öyrətmək və gələcəkdə bu yöndə peşəkar şəkildə fəaliyyət göstərmələrinə yardımçı olmaqdır. “Owbike” startapı bundan sonra da ödənişsiz seminarların keçirilməsini davam etdirəcək.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti “Owbike” buludda sayt yaratma sistemidir. Sistemdən istifadə edərək sahibkarlar heç bir texniki biliyə sahib olmadan öz gəlirlərini artıracaq biznes saytlarını asanlıqla yarada bilərlər. Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış bir layihədir. Mərkəz əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək, onların müstəqil şirkətə çevrilməsinə kömək edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.