get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in Gənc OL tarifi yeniləndi! Şirkət abunəçilərinə Gənc OL tarifi daxilində yeni sərfəli danışıq paketləri və endirimlərdən yararlanmaq imkanı verir.

calendar 18.09.2015

Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom payızda da abunəçilərinə maraqlı sürpriz hazırlayıb. Belə ki, Yenilənmiş Gənc OL tarifini abunəçilərinə təqdim edən Azercell inanılmaz güzəştlər və sərfəli danışıqlar təklif edir.

İndi hər kəs Gənc OL tarifinə qoşula bilər, özü də çox asan. Azercell-in yeni tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər.  Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi  5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq.,  200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

 

Aylıq

Paketlər

G5

G8

Paketin qiyməti

5 AZN

8 AZN

     İnternet

2GB

4GB

Tarifdaxili zənglər (dəq)

200

400

SMS (şəbəkəici)

200

400

Ölkədaxili zənglər (dəq)

                     0.05 AZN

 

 

Bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla hər kəs, eyni zamanda Azercell-in abunəçiləri üçün yaratdığı əyləncəli və maraqlı Gənc OL portalından www.gencol.az yararlana bilər. Portala daxil olmaqla abunəçilər eyni zamanda Genc OL tarif paketinin təklif etdiyi xüsusi  endirim və kampaniyalardan faydalana bilər. Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola biləcəklər. Gənc OL paketinin təklif etdiyi kampaniyalara gəlincə, bu paketə qoşulan abunəçilər ParkCinema və 28 Cinema kinoteatrlarında həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək bir bilet almaqla ikincini pulsuz əldə edəcək. Bundan əlavə, Sabina mağazalar şəbəkəsi, Papa John’s, Sultan Ahmet restoranları, Baku Carting, Astral Labirint əyləncə mərkəzləri, Kaspi Təhsil Mərkəzi və Uber Taxi xidmətlərinə sərfəli endirim əldə edə biləcəklər. Qeyd edək ki, tarif paketlərinin istifadə müddəti 3 ay təşkil edir və 17.12.15 tarixinə qədər davam edəcək.

Bütün Gənc OL abunəçiləri daha ətraflı məlumat üçün www.gencol.az saytından faydalana bilər.

 

Beləliklə, Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.