get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in əməkdaşı “SITE Scientific Seminars” proqramına dəstək oldu

calendar 08.02.2016

Ölkənin lider mobil operatoru Azercell Telekom-un hər zaman ölkədə təhsilin inkişafına dəstək olan müxtəlif layihələr həyata keçirməsilə yanaşı, şirkətin yetişdirdiyi istedadlı mütəxəssislər də bu sahədə öz geniş töhfəsini verməkdə davam edir. Belə ki, Azercell-in müxtəlif şöbələrində çalışan peşəkarlar respublikada fəaliyyət göstərən müxtəlif təhsil ocaqlarında tələbələr üçün seminarlarda iştirak edərək nəzəri bilgiləri və zəngin iş təcrübəsi ilə bölüşürlər. Bu dəfə Azercell-in əməkdaşı İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbinin həyata keçirdiyi “SITE Scientific Seminars” proqramına dəstək oldu. Belə ki, proqram çərçivəsində keçirilən görüşlərdən biri də fevralın 5-də də Azərbaycan Diplomatiya Akademiyasında (ADA) baş tutub. Bu dəfə mühazirəçi qismində Azercell-in Məhsul və Xidmətlərin test olunması bölümünün rəhbəri Cavid Kərimov çıxış edib. Cavid Kərimov Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri,daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Universitetində MBA proqramı üzrə Kompüter İnformasiya Sistemləri ixtisasına yiyələnib.“Azercell öz məhsullarıniı necə test edir” adlanan seminarda  Cavid Kərimov “Proqram təminatının test edilməsi“ nədir və nə üçün lazımdır, Proqram təminatının yoxlanılması haqqında ilkin anlayişlar,  Proqram təminatının test edilməsi prinsipləri haqqında öz bilgilərini tələbələrlə bölüşüb. Mühazirəçi, eyni zamanda  Azercell şirkəti öz məhsullarını hansı şəkildə test edir, müştəriləri keyfiyyətli məhsul ilə təmin etmək üçün hansı  və neçə mərhələli test üsullarından istifadə etməsi haqqında məlumatları da seminar iştirakçılarına çatdırıb. Daha sonra isə bu bilgilərin daha yaxşı mənimsənməsi üçün qrup məşğələləri keçirilib. 
 

Məlumat üçün bildirək ki,İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbi ölkənin inkişaf prioritetlərinə uyğun olaraq ,müasir tələblərə cavab verən yüksək ixtisaslı İT mütəxəssisləri və mühəndislər potensialının yaradılması məqsədilə 2012-ci ildə təsis olunub. 

 

Azercell-in yüksək ixtisaslı mütəxəssisləri bundan sonra da öz bilik və bacarıqlarını tələbə və gənclərlə müxtəlif seminar, mühazirə və məşğələlər vasitəsilə bölüşməyə davam edəcəklər.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.