Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəf seçən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu istiqamətdə öz fəaliyyətini davam etdirir.
Azercell-in dəstəyi ilə valideyn himayəsindən məhrum uşaqlar üçün müayinə və profilaktikanın aparılmasını təmin edən “Mobil Göz Klinikası” ən müasir avadanlıqla təchiz olunub. Klinikanın xidmətlərindən, eyni zamanda, ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.
2019-cu il ərzində müayinədən keçənlərin 759-u uşaq və 142-si böyüklər olmaqla, cəmi 901 nəfər olmuşdur
Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində “Mobil Göz Klinkası” minlərlə insana xidmət göstərib.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.