get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-lə 4G xidməti indi daha rahat

calendar 02.04.2018

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC abunəçilərinə keyfiyyətli xidmət göstərməkdə davam edir. Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən rahatlıqla yararlanması üçün HSS (Home Subscriber Server) modernizasiya layihəsini uğurla tamamlayaraq abunəçilərinin ixtiyarına verib. Artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də mobil cihazı olan Azercell abunəçiləri Azercell Ekspres ofislərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər. Bunun üçün abunəçinin istifadə etdiyi cihazda 4G-ni seçməsi yetərilidir. Məlumat üçün bidirək ki, HSS layihəsində abunəçinin  istifadə edə biləcəyi xidmətlər  haqqında bütün məlumatlar bir bazada yerləşir ki, bu da abunəçiyə digər servis ve şəbəkələrə asanlıqla qoşulma və istifadə etmə imkanı verir.

Qeyd edək ki, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və  Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan  Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.

Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.