Azercell Telekom rominqdə olan abunəçiləri üçün indi daha sərfəli danışıq təklif edir. 24 Oktyabr 2016-cı il tarixindən etibarən həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt abunəçiləri daha 12 ölkədə vahid rominq tariflərindən yaralana bilərlər. İndi Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya Respublikası, Sloveniya kimi ölkələrdə “Azercell”lilər daxil olan zəngin 1 dəqiqəsinə 0,32 AZN, bütün istiqamətlərə edilən zəngin 1 dəqiqəsinə görə isə 1,5 AZN ödəyəcəklər. Göndərilən 1 sms-in qiyməti isə 0,2 AZN dəyərində müəyyən olunub. Tətbiq olunan vahid rominq qiyməti abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən şəbəkənin seçilməsi ehtimalı aradan qaldırmış olur. Nəzərinizə çatdıraq ki, Azercell-in təqdim etdiyi vahid rominq tariflərindən 30 ölkədə yararlanmaq olur.
Ölkə |
Daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı, AZN |
Bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı, AZN |
Mobil Internet xidmətinin hər bir MB görə xidmət haqqı, AZN |
Göndərilən hər bir SMS-ə görə xidmət haqqı, AZN |
Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya Respublikası, Sloveniya |
0.32 |
1.5 |
3.5 |
0.2 |
Mobil-internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaq mümkündür.
Əlavə olaraq bildirək ki, rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell həmçinin, fakturalı xətt abunəçilərinə rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bilirlər. SimSim abunəçilərinə rominq xidmətini aktiv etmək üçün mobil telefondan *135*1#YES kodunu yığmaq, Fakturalı xətt abunəçilərinə isə 8808-ə “START” sözünü yazıb göndərmək kifayət edir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.