get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-lə Mobil Musiqi limitsiz oldu!

calendar 04.03.2020

Rəqəmsal sahədə innovasiyaları ilə seçilən, müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell Telekom” MMC abunəçilərinə daha bir kampaniya təqdim edir.

08.03.2020 tarixindən etibarən Azercell abunəçiləri Zvuk Aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən Azercell şəbəkəsində tam limitsiz istifadə imkanı əldə edir. Belə ki, bir smartfonda 40 milyondan artıq musiqi parçası, ən populyar pleylistlər, üç dildə menyu, sosial şəbəkələrdə musiqi paylaşmaq və digər imkanları olan bu mobil tətbiq çərçivəsində *707#YES yığıb Zvuk aylıq paketinə qoşulan hər kəs musiqi dinləyərkən mobil internetdən limitsiz faydalanacaq.

Nəzərinizə çatdırıaq ki, kampaniya 15.04.2020 tarixinədək qüvvədədir.

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/zvuk_yaz_2020/ müraciət edin.

 

Qeyd edək ki, 10.02.2017-ci il tarixindən etibarən Azercell abunəçilərinin istifadəsinə təqdim olunan Zvuk xidməti vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz play listini yaratmaq imkanı yaradılıb. Xidmətə qoşulmaq üçün Google Play və ya AppStore-dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

 

Bu yaz – Azercell-in təqdimatında Zvuk-u smartfona yazmağın əsl vaxtıdır!

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,5 milyondan artıq abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.