get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Müharibə Veteranları üçün yeni kampaniyaya başladı

calendar 30.11.2014

Azərbaycanın lider mobil operatoru Azercell Telekom hər zaman diqqət və qayğısını əsirgəmədiyi Müharibə Veteranları abunəçiləri üçün 2 aprel 2015-ci il tarixindən başlayaraq xüsusi kampaniya keçirir. Belə ki, Müharibə Veteranları statusuna malik olan Azercell Fakturasız Xətt abunəçiləri təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alacaqlar. Azercell tərəfindən hədiyyə olunan bonus  şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Onu da bildirək ki, Azercell Telekom 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi Veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə etmişdir.  

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.