get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell əmək sərgisində iştirak etdi

calendar 22.03.2019

Ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən, tələbələrin inkişafına dair müxtəlif proqramlar həyata keçirən, gənclərin karyera qurmasına böyük dəstək göstərən “Azercell Telekom” MMC daha bir karyera sərgisində iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakı Mühəndislik Universitetində “Karyerada ilk addım” devizin altında təşkil olunan sərgiyə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri də qatılıblar. Departament əməkdaşları işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.

60-dan çox nüfuzlu dövlət və özəl qurumların iştirak etdiyi sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunlara ölkənin aparıcı sektorlarında fəaliyyət göstərən şirkətlərlərdə iş imkanları və aktiv vakansiyalar barədə məlumat təqdim etməkdir.

Qeyd edək ki, Azercell şirkəti daima tələbələrin peşəkar inkişafına töhvə verir və telekommunikasiya sahəsində karyeralarını qurmaq istəyən tələbər üçün müxtəlif layihələr keçirir.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.