get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Mobil Müştəri Xidmətləri Şuşada!

calendar 24.09.2021

Aparıcı mobil operator işğaldan azad olunmuş Qarabağda müştərilərinə xidmət göstərən ilk şirkət oldu 

Qədim Şuşa şəhəri də daxil olmaqla, Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında yenidənqurma və bərpa işləri genişləndikcə daha çox insanın bu ərazilərə səfər etməsi və işləməsi üçün imkan yaradılır. Fasiləsiz mobil rabitəni təmin edən texniki heyətlə yanaşı, “Azercell”-in müştəri xidmətləri də artıq şirkətin şəbəkəsinin əhatə dairəsindən faydalanan abunəçilərə tam dəstək vermək təşəbbüsü ilə çıxış edir.

Bununla əlaqədar, 22-23 sentyabr tarixlərində Azercell Mobil Müştəri Xidmətləri Şuşa şəhərinə uzun bir səfər təşkil edərək, tam sayda müştəri xidmətlərini fəaliyyətini gerçəkləşdirdi. Yuxarı Gövhər Ağa Məscidi, Şuşa şəhər İcra Hakimiyyəti və bu yaxınlarda istifadəyə verilən Qarabağ mehmanxanasının yaxınlığında yerləşən böyük meydanda Azercell Müştəri Xidmətləri komandası hazırda Şuşada olan və çalışan müxtəlif abunəçilərlə görüşdü. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla, 200-ə yaxın abunəçiyə xidmət göstərilərək 50-dən çox müxtəlif müştəri əməliyyatı həyata keçirildi. Qeyd etmək lazımdır ki, bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar bütün Şuşa abunəçiləri üçün pulsuz həyata keçirildi.

Hazırda  Azercell işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda 2G/3G/4G radio baza stansiyaları quraşdırmaqla Azercell Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri artıq yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.

Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir. Şirkətin Mobil Müştəri Xidmətlərinin Şuşa səfəri yaxın zamanlarda Qarabağın digər rayonlarına planlaşdırılan çoxsaylı səfərlərdən ən birincisi oldu.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.