get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell məsuliyyətli və şəffaf biznes modelini dəstəkləyir

calendar 30.11.2013

Ölkənin mobil rabitə bazarının lider  operatoru Azercell Telekom yarandığı gündən etibarən biznes etikanın və korporativ davranışın nümunəvi modelini nümayiş etdirib. Avropanın telekommunikasiya nəhəngi olan TeliaSonera qrupunu bir hissəsi olaraq, şirkət nümunəvi etik biznes davranışları modelini tətbiq edərək sektordakı liderliyini bir daha sübut etmiş olur. Sərmayədarları, sahibləri, müştəriləri, tərəfdaşları və əməkdaşları ilə birgə Azercell dayanıqlı və şəffaf biznes fəaliyyəti üzrə TeliaSonera-nın təşəbbüsünə qoşulub. Azercell tərəfindən atılan bu yenilikçi addım yanlışlıq və narahatlıqları aşkarlamaq üçün təhlükəsiz və maneəsiz bir üsul təqdim edərək bununla əməkdaşlar və tərəfdaşlar üçün daha sağlam iş şəraitini təmin etmək üçün araşdırmalara şərait yaradır.

 

TeliaSonera-nın qlobal səviyyədə təqdim etdiyi “Speak-Up Line” məlumatlandırma xətti artıq Azercell-in rəsmi səhifəsi daxilində fəaliyyət göstərməkdədir ki, onun vasitəsilə də istənilən əməkdaş və yaxud şirkətlə əməkdaşlıq edən tərəfdaş biznes davranışında istənilən pozuntu halı ilə əlaqədar şikayətlərini 24/7 şəkildə çatdıra bilər. “Speak-Up Line” bildiriş vasitəsi şikayətlər, suallar və məlumat verənlərin anonim qalmasına imkan yaradır. Müraciət edən şəxs adını qeyd etməyə məcbur deyil və onun təqdim etdiyi məlumatın kim tərəfindən göndərilməsini müəyyənləşdirilmək mümkün deyil.

 

“Speak-Up Line” bildiriş xətti korrupsiya ilə mübarizə, tenderlər, yoxlamaların düzgün aparılmaması, şirkətin etik davranış qaydalarının pozulması, qanun və qaydalara uyğunluq, maraqların toqquşması, rüşvətxorluq, ayrı-seçkilik və cinsi təzyiq kimi istənilən şikayət üçün yaradılıb. Məlumatı təqdim edən şəxs unikal istifadəçi şifrəsi ilə təmin ediləcək. 7 gündən sonra, o, təqdim etdiyi məlumatla əlaqədar aparılan araşdırmaya uyğun göndərilən cavabı yoxlamalıdır.

TeliaSonera və Azercell-in idarə heyəti bütün işçilərdən və strateji tərəfdaşlardan qanun və etik davranış standartlarına, habelə daxili siyasət və prosedurlara uyğun olaraq etik davranışlarla əlaqədar narahatlıqları haqda məlumat vermələrini və bununla məsuliyyətli biznes fəaliyyətinə öz töhfələrini gətirmələrini gözləyir.

Beləliklə, TeliaSonera şirkətlər qrupunun təşəbbüsü ilə Azercell-in təqdim etdiyi yeni ”Speak-Up Line” məlumatlandırma vasitəsi ölkənin aparıcı mobil operatoru tərəfindən şəffaf etik biznes davranışının və ən yüksək etik standartlara riayət etmənin bariz nümunəsidir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.