get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell növbəti dəfə TEDx Bakı-2015 konfransına dəstək oldu

calendar 30.11.2014

18 il ərzində uğurlu sosial layihələr həyata keçirən, bir sıra konfranslara, tədbirlərə dəstək olan Azərbaycanın lider mobil operatoru Azercell Telekom bu ənənəni uğurla davam etdirməkdədir.

Ölkədə müxtəlif sosial sahələrin inkişafına yönəlmiş bır sıra layihələrlə yanaşı, gənclər üçün elm, təhsil istiqamətində həyata keçirilən layihələr də şirkətin ən önəmli təşəbbüslərindən biridir. Bunlar arasında Azərbaycanın aparıcı ali təhsil ocaqlarında Azercell-in təşəbbüsü ilə çalışan 3G və 4G laboratoriyaları, elektron təhsil otaqları, tələbələr üçün müxtəlif təcrübə və təqaüd proqramları, "Nə, Harada, Nə zaman?" intellektual televiziya oyununa dəstək, nəhayət, şirkətin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində keçirilən saysız uğurlu layihələr aiddir.

Şirkətin bu sahədə atdığı növbəti addım isə aprelin 18-də Bakı Caz Mərkəzində (Baku Jazz Center) keçirilən TEDxBakı “Yaddaş” tədbirinə dəstəyi olub. Azərbaycanda keçirilən bu ilki  TEDx Bakı konfransına 200-dən artıq iştirakçı qatılıb. Mövzusu "Yaddaş" olan tədbirdə 8 spikerlə yanaşı, Azercell-in əməkdaşı İmran Bağırov da çıxış edərək, tamaşaçılara müştəri təcrübəsi mövzusunda maraqlı təqdimat nümayiş etdirib.

30 ildir ki, dünya alimlərini, siyasətçilərini, sahibkarlarını, mədəniyyət xadimlərini və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirən TED (Texnologiya, Əyləncə, Dizayn) adlı konfrans ilk dəfə 1984-cü ildə baş tutub. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunub, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olub. Bugünə qədər TED səhnəsində ABŞ-ın keçmiş prezidenti Bill Clinton, Nobel mükafatıçısı James Watson, Microsoft’dan Bill Gates, Google’dan Eric Schmidt kimi spikerlər çıxış edib.

Azercell bundan sonra da ölkəmizdə gənclərin inkişafına yönəlmiş sosial layihələri həyata keçirməkdə davam edəcək.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.