get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Plus: Yeni imkanlar yaradan əlavə xidmətlər

calendar 07.06.2017

Azərbaycan  rabitə bazarının lider mobil operatoru  Azercell Telekom abunəçilərinin gündəlik həyatını daha rahat və dolğun etmək məqsədi ilə növbəti yeni xidmətini təqdim edir.

 

Azercell Plus adlanan yeni xidmət abunəçilərin gündəlik tələbatlarını ödəyən əlavə xidmətləri özündə birləşdirib. Təqdim olunan xidmətlərin  hamısı müştərilərin rahatlığı üçün bir yerdə toplanıb və müxtəlif kateqoriyalara bölünüb. Belə ki, Azercell Plus vasitəsilə istənilən zaman və yerdə musiqi dinləmək, müxtəlif dillərdə kitab oxumaq, cihazların müdafiəsini təmin etmək, uşaqların İnternetdə keçirdiyi vaxtı idarə etmək, videoları seyr etmək mümkündür. Amma bu da xidmətin çərçivəsində təqdim olunan imkanların tam siyahısı deyil.

 

Azercell Plus-ın bütün üstünlüklərindən faydalanmaq istəyən Azercell abunəçiləri www.azercell.com/plus saytına daxil olub, orada göstərilmiş müxtəlif kateqoriyalardan arzu olunan xidmət və ya tədbiqetməni seçib, rahat yolla onu cihazına yükləyə bilər. Azercell Plus-a daxil olunmuş xidmət və tədbiqetmələrin siyahısı daim artırılmaqdadır.

 

Qeyd edək ki, Azercell Plus 07.06.2017-ci il tarixindən etibarən, bütün abunəçilərin ixtiyarına verilib. Xidmət haqqında daha ətraflı məlumatı www.azercell.com/plus saytından əldə etmək olar.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz        

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.