get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell prezidenti mükafatlandırıldı

calendar 09.12.2016

Vahid Mürsəliyev Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edilib

Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin  müavini,  Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov və  Azərbaycan Milli Paralimpiya Komitəsinin Birinci Vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə heyyətinin sədri Natiq Qasımovla görüşüb, ikitərəfli əməkaşlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Görüş zamanı Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azərbaycan Respublikasında Paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi munasibətilə Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edilib. Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.

Məlumat üçün bildirək ki, dünyada ilk dəfə olaraq 2013-cü ildə Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. 2014-cü ildən başlayaraq Azercell Telekom MMC  Komitənin inkişaf etdirilməsinə dəstək verir. Məhz bu dəstəyin nəticəsi olaraq hazırda Komitədə altı idman növü üzrə altmışdan çox saglamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. Azercellin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq respublika üzrə I və II Uşaq Paralimpiya İdman Oyunları keçirilib.

Azərbaycanda fəaliyyət göstərdiyi 20 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışan Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəslərini artırır.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.