get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Qadınların İKT sahəsində rolu

calendar 09.04.2021

Azercell informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan və öz sözünü deyən qadınları bir araya gətirdi

Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyaları (İKT) ən çox ehtiyac duyulan və müraciət edilən sahələrdən biridir. Azercell bu sahədə çalışan və öz sözünü deyən qadınları bir araya gətirib. Belə ki, “Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə “Qadınların İKT sahəsində rolu” mövzusunda onlayn müzakirə keçirilib. Müzakirə ən son texnoloji danışıq platformalarından olan “Klabhaus”da “Azercell otağı”nda baş tutub. Tədbirə əsas qonaqlar qismində Azərbaycanın İKT sahəsində öz peşəkarlığı ilə tanınan qadın mütəxəssisləri qatılıb. Belə ki, Yana Krimpe (B.EST Solutions şirkətinin təsisçisi və direktoru), Günel Səfərəliyeva (MONT MMC-nin baş direktoru), İnarə Quliyeva (HPE Azərbaycan Nümayəndəliyinin rəhbəri), Xavər Babazadə (“Azercell Telekom” MMC-nin Şəbəkə Texnologiyası şöbəsinin rəhbəri) İKT sahəsində qadınların rolundan, bu istiqamətdə uğur qazanmaq üçün vacib olan şəxsi və peşəkar keyfiyyətlərdən, eləcə də son illərdə proqramçı, İT mühəndisi peşələrində çalışan qadınların uğur qazanmaq statistikasının yüksəlişindən bəhs ediblər. Onlayn sessiya hər kəsin sərbəst şəkildə sual verib, münasibət bildirməyinə açıq şəkildə keçib. Dinləyicilər tədbirlə bağlı müsbət fikirlərini bölüşüblər.

Hazırda bütün dünyada daha çox qadının İKT sahəsinə cəlb olunması istiqamətində ciddi işlər görülsə də, ən sivil ölkələrdə belə, çətinliklər və maneələr mövcuddur. Bu sahədə çalışan qadınlar İKT üzrə ümumi işçi bazarının cəmi 26% təşkil etməkdədir. Onlayn müzakirənin spikerləri Azərbaycanda qadın olaraq İKT sahəsində uğur qazanmağın imkanlarından da danışıblar, başqa ölkələrlə müqayisədə cinsi diskriminasiyanın yox dərəcədə olduğunu qeyd ediblər. Azercell Telekom da işçi seçimi zamanı bu kimi məsələlərə diqqət edir. Məlumat üçün bildirək ki, şirkət işçilərinin 42% məhz qadınlar təşkil edir. Şirkət üzrə rəhbər vəzifələrdə təmsil olunan xanımların sayı isə 30% çoxdur. Qeyd edək ki, “Azercell Telekom” MMC-nin Şəbəkə Texnologiyası şöbəsinin rəhbəri Xavər Babazadə İKT istiqamətində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.

Xatırladaq ki, bütün dünyada aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edilir. Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell Telekom qadınların İKT sahəsinə cəlb olunması, onları motivasiya etmək və özgüvənlərini artırmaq, bu istiqamətdə inkişaf etməsi məqsədilə hər il çoxsaylı tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır. İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşan Azercell tərəfindən həyata keçirilən layihələr çərçivəsində müxtəlif proqramlar, görüşlər keçirilib, İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

Azercell Telekom bərabər imkanlar yaratmaq və inklüziv cəmiyyət qurmaq istiqamətindəki sosial fəaliyyətini bundan sonra da davam etdirəcək.