Lider mobil operator öz rəqəmsal kartını ilk qrup abunəçilərinə təqdim edir
Azercell-in yeni Fintek layihəsi çərçivəsində özündə həm bank, həm də mobil rabitə imkanlarını birləşdirən Azercell rəqəmsal kartı şirkətin rəsmi saytında öncədən sifariş prosesindən keçən məhdud abunəçi qrupu üçün artıq aktiv edilir.
Abunəçilər “Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kartın aşağıdakı ilkin xidmət çeşidlərindən yararlana bilər:
Layihənin sonrakı gedişatı ilə rəqəmsal kartın təqdim edəcəyi imkanların sayı da genişlənəcək.
Müştərilərə hərtərəfli rəqəmsal təcrübə təklif edən rəqəmsal kart üçün öncədən sifariş iyul ayından etibarən mümkün olub və xidmətin aktiv edilməsi prosesi növbəli şəkildə həyata keçiriləcək.
Həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulan Fintek layihəsi PAŞA Bank, Visa və AzInTelecom əməkdaşlıq çərçivəsində həyata keçirilir. PAŞA Bank, eyni zamanda rəqəmsal kartın emitenti qismində çıxış edir.