Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizə şəraitində baş tutan növbəti sosial tədbirdə yer alıb. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə başlatdığı yeni layihəsi çərçivəsində Təhsil Nazirliyinin və Nəqliyyat, Rabitə və Yüksə Texnologiyalar Nazirliyinin (NRYTN) dəstək çağırışlarına Azercell də qoşulub. Şirkət bu məqsədlə yaradılmış “Virtual Məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 azn dəyərində 5GB internet paketi yükləməklə təşəbbüsə öz qatqısını verəcəkdir. Qeyd edək ki, onlayn tədris üçün internet paket alacaq müəllim-pedaqoji heyətinin siyahısı www.virtual.edu.az saytında gedən qeydiyyata əsasən Təhsil Nazirliyi tərəfindən təqdim olunur.
Hədiyyə paketinin qoşulması üçün bir neçə mühüm texniki şərtlər mövcuddur:
- Abunəçinin siyahıda göstərilən Azercell nömrəsi aktiv olmalıdır.
- Abunəçinin mobil cihazı mobil internet xidmətlərini dəstəkləməlidir.
- Abunəçi internet istifadəçisi olmalıdır.
- Abunəçinin təqdim olunan nömrəsində 5GB və ya daha artıq həcmli internet paketi, Mobil Nömrə Daşınması (MND), eləcə də “Kombo”, “MediaCell”, “Hədsiz”, “Hədsiz İnternet” tariflərindən hər-hansı biri aktiv olmamalıdır.
- Abunəçinin təqdim olunan nömrəsində hər-hansı aktiv cihaz kampaniyası olmamalıdır.
- Abunəçinin yenicə təsis olunmuş nömrəsində hədiyyə paketi xüsusi qeydiyyat qaydasında aktivləşdirilməlidir.
Suallarla bağlı məlumat əldə etmək və texniki dəstək üçün:
Azercell və digər yerli operatorların abunəçiləri üçün ümumi əlaqə nömrəsi - *1111.
1. Bütün Azercell abünələri üçün, davamiyyətindən asılı olmayaraq bir zəngin qiyməti ƏDV daxil 10 qəpik;
2. Digər yerli operatorların abunəçiləri üçün isə tarif paketinin şəbəkəxarici zəng tarifi ilə hesablanacaq.
Şəhər nömrələrindən Telefon Mərkəzinə zəng etmək üçün SimSim abunəçiləri (012) 490 49 49, fakturalı xətt abunəçiləri isə (012) 490 52 52 nömrələrinə zəng edə bilərlər.
Yazılı müraciət etmək üçün
- customercare@azercell.com