get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Telekom AICT2013 beynəlxalq konfransının telekom partnyorudur

calendar 30.11.2012

 Bu gün Bakıda İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi 7-ci Beynəlxalq Konfransı işə başlayıb. AICT2013 Beynəlxalq Konfransının əsas məqsədi dünyanın müxtəlif nöqtələrindən olan alim və mühəndisləri eyni məkana gətirmək, onların müzakirəsini təşkil etməkdən ibarətdir.

Konfransda İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində keyfiyyətli tədqiqat aparan elm adamları iştirak edir. Tədbir zamanı İKT tətbiqində müasir nailiyyətlər, kiber təhlükəsizlik problemləri, biznes, idarəetmə və iqtisadiyyatda İKT, şəbəkə və avadanlıqlar və digər bir çox mövzular ətrafında müzakirə aparılacaq. Konfrans çərçivəsində müxtəlif məsələlər həsr olunmuş sammit və simpoziumlar da keçiriləcək.

AICT2013 konfransı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, bəzi dövlət və özəl universitetlər, həmçinin İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (IEEE) texniki dəstəyi ilə keçirilir.

“Azercell Telekom” MMC bu nüfuzlu tədbirin partnyoru qismində çıxış edir. Şirkət bu tədbirin Azərbaycanın regionda İKT sahəsində lider kimi qalmasına öz töhfəsini verəcəyindən əmindir. Azercell ölkədə İKT sahəsindəki nailiyyətlərin, elmi tədqiqatların artmasına xidmət edən bir çox layihələrin reallaşmasına yardım göstərir. Şirkət indiyədək bir çox beynəlxalq toplantı, elmi və akademik konfransları dəstəkləyib. Lakin Azercell-in İKT-nin inkişafındakı payı yalnız konfransları dəstəkləməklə bitmir. Şirkət həm də ölkədə elm adamlarının yetişməsinə şərait yaradır. Azercell Azərbaycanda ilk dəfə olaraq yerli universitetlərdə 4G laboratoriyaları quraşdırıb, elmin inkişafına İKT sahəsində uğurlarını stimullaşdırmaq üçün Barama İnnovasiya Mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, “Azercell Telekom” MMC Azərbaycanda bu sahəyə aid onlarla layihənin təşəbbüskarıdır.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti  Asan imza sistemini  tətbiq edən ilk operator oldu.