get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Azercell Telekom” MMC cənab prezidentin çağırışına qoşuldu.

calendar 21.03.2020

Şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat yatırım etdi.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyası hazırda sürətlə genişlənməkdədir. Mövcud gərgin qlobal vəziyyətdə ölkə iqtisadiyyatına və əhalinin rifahına dəstək olmaq məqsədilə yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC-nin sosial məsuliyyət təşəbbüsləri davam edir. Belə ki, mobil operator Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb.

Xatırladaq ki, Azercell İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 AZN məbləğində pul vəsaiti də yükləyib. Həmçinin şirkət Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətlərinin gücləndirilmiş iş şəraitində çalışdığını  bəyan edib. Şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"i ilə əlaqə saxlanılması istiqamətində bütün lazımi dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.