Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadiq qalan “Azercell Telekom” “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” təməl strateji məqsədini əsas tutaraq sosial layihə müsabiqəsi elan edir. Müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır.
Təqdim olunan layihələr aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir:
Hər kateqoriya üzrə bir qalib layihə seçiləcək və icrası üçün “Azercell Telekom” MMC tərəfindən maksimum 30 000 (otuz min) AZN dəyərində maliyyə dəstəyi veriləcək.
Qaliblərin seçimi zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin daha geniş insan qruplarına fayda verə bilməsi, ideyanın dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığın təmin olunması kimi prinsiplərə də xüsusi önəm veriləcək.
Nəzərinizə çatdırmaq istərdik ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr Azercell şirkətində müvafiq sahədə çalışan peşəkarlar ilə yanaşı, ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.
Münsiflər heyəti təqdim olunacaq bütün layihələri üç başlıca meyar əsasında dəyərləndirəcək:
Nəzərə çatdıraq ki, müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.
Qeyd edək ki, sosial müsabiqəyə layihələrin qəbulu 11.05.2022-ci il tarixindən etibarən bir ay ərzində aparılacaq. Layihədə iştirak üçün son qəbul tarixi 11 iyun 2022-ci ildir.
Layihələr Azərbaycan dilində təqdim edilməlidir.
Layihələrinizi aşağıdakı link vasitəsilə göndərə bilərsiniz: https://bit.ly/azercell-sosial-layihe