get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Azercell Telekom”MMC-dən açıqlama

calendar 03.07.2018

3 İyul 2018-ci il tarixində, gecə saat 00:20 radələrində ölkə üzrə elektrik enerjisinin təminatında yaranmış kəsinti ilə əlaqədar respublikanın əksər bölgələrində “Azercell Telekom”MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində  yaranmış müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb. Qeyd edək ki, müstəqil generatorlar vasitəsilə şirkətin əsas ofisləri, Telefon Mərkəzi və Məlimat Mərkəzinin, eləcədə bir sıra saytların kəsintisiz fəaliyyəti dərhal bərpa edilmiş, digər saytların bərpası üçün isə yeni daşınan generatorlar yerlərə göndərilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hal-hazırda kəskin isti hava şəraitinə baxmayaraq, Azercell abunəçilərinin bütün ölkə boyu keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri tədbirlərin görülməsi davam etdirilir.

Hörmətlə,

Azercell Telekom MMC-nin

Mətbuat Xidməti

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniZ

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.