get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

calendar 01.06.2018

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş layihə Park Bulvar TM-nin tərəfdaşlığı ilə keçirilir.

1949-cu ildə keçirilmiş Qadınların Beynəlxalq Demokratik Federasiyasının Konqresi 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyi qərara alır. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC bu il də ənənəsinə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirir. Belə ki, Azercell Telekom-un təşəbbüsü və Park Bulvar TM-nin tərəfdaşlığı ilə Pantomima Teatrının aktyorları tərəfindən hazırlanan səhnəciklər ilk olaraq 26 may tarixində Park Bulvarda nümayiş olunub. Böyük marağa səbəb olan səhnəciklər cəmiyyətdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa son qoyulması, onlara diqqət və qayğı göstərilməsinin önəmli olması mesajını ötürür. İzləyicilərə uşaq zorakılığına qarşı mübarizənin simvolu olan mavi lent və Azercell-in təşəbbüsü ilə yaradılan “Uşaq Qaynar Xətti” mobil tətbiqinin istifadə qaydaları haqqında broşuгlar paylanılıb. Şəhər əhalisi bu səhnəcikləri 1 iyun tarixi saat 19:00-20:00 arası və 2-3 iyun tarixləri saat 20:00–21:00 arası Park Bulvar TM-də, 2-3 iyun tarixləri saat 18:00-19:00 arası isə Fəvvarələr Meydanında izləyə biləcəklər.

“Azercell Telekom” MMC uşaq hüquqlarının qorunmasına, uşaqların sağlamlığı və təhsilinə yönəlik layihələrə öz Korporativ Sosial Məsuliyət siyasətində xüsusi önəm verir. Şirkət 2010-cü ildə yaranmasına yardım etdiyi və hər il dəstəklədiyi “Uşaq Qaynar Xətti” xidmətinin tərəfdaşı, kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan əhaliyə pulsuz tibbi xidmət göstərən “Mobil Diş” və “Mobil Göz” klinikalarının yaradıcısıdır. Eyni zamanda artıq dördüncü ildir ki, Azercell Uşaq Paralimpiya Komitəsinə dəstək verməkdə davam edir. Azercell-in uşaq hüquqlarının qorunması ilə bağlı yeni sosial istiqaməti isə onların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün imkanların genişləndirməsilə bağlıdır və bu sahədə Azercell həm texnoloji addımlar atmış, həm də müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır.


https://web.facebook.com/azercell/videos/10155920656633303/

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.