get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in Süni Zəka əsasında çalışan Virtual Assistenti AiCell artıq abunəçilərin xidmətindədir!

calendar 15.11.2023

Azercell-in Süni Zəka əsasında çalışan Virtual Assistenti AiCell artıq abunəçilərin xidmətindədir!

Ölkənin aparıcı mobil operatoru daha bir ilkə imza ataraq istifadəçilərinin müştəri təcrübəsini zənginləşdirir

Əlaqə Mərkəzinin 25 illiyini qeyd edən Azercell 15.11.2023-cü il tarixindən etibarən böyük məmnuniyyət hissi ilə Virtual Assistent xidmətini təkmilləşdirərək müştərilərin istifadəsinə verir!

Artıq Azercell Əlaqə Mərkəzinə zəng edən abunəçiləri süni zəka əsasında çalışan AiCell adlı səsli bot salamlayacaq. Telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunan səsli bot layihəsinin ən vacib və maraqlı aspektlərindən biri Virtual Assistentin Azərbaycan dilində tam spektrli xidmət göstərməsidir. Müştərilərə yeni təcrübə imkanları yaradacaq AiCell daxil olan müraciətləri anlayır, onların uyğun kateqoriya üzrə virtual yolunu təyin edir. Bundan əlavə, emal prosesində abunəçinin istəyindən asılı olaraq əməliyyatları icra edir, zəngləri IVR və ya operatora yönləndirir.

AiCell hazırda mobil internet paketləri, rominq xidməti, danışıq tarifləri, balans və tarif balansı xidmətləri, həmçinin, Bölgə Limitsiz danışıq kampaniyası üzrə ən tələbatlı əməliyyatları yerinə yetirə bilir.

Qeyd edək ki, Virtual Assistent-in ünsiyyət funksiyaları və xidmət imkanları daha da genişləndirilir. Yaxın gələcəkdə Virtual Assistent SimKredit, SimTaksit, Balans sorğuları, habelə İnternet şəbəkəsinə qoşulma ilə bağlı müraciətlər üçün abunəçilərə rəqəmsal həllər təqdim edəcək.

Süni zəkaya inteqrasiya edən dövrdə Azərbaycan dilində bot tərtib edərək daha bir ilkə imza atan Azercell, ölkəmizdə yeni texnologiyaların tətbiqi ilə insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması, müştəri təcrübəsinin zənginləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.