get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

calendar 08.12.2020

Azercell Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

 

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbəni əldə etdi. “Azercell Telekom” MMC də qələbənin əsas qəhrəmanı olan Azərbaycan əsgəri və zabitləri üçün güzəşt təşəbbüsünü gerçəkləşdirir. 

 

Ordumuza ehtiram əlaməti olaraq elan edilən yeni təşəbbüs çərçivəsində müharibədə şəhid olan və yaralanan Azercell-in Fakturalı Xətt abunəçiləri olan qəhrəman vətən övladlarının 07.12.2020-ci il tarixinə olan borcları tam şəkildə bağışlanır. Bununla yanası, səfərbərlik çağırışı əsasında aktiv döyüş əməliyyatlarında iştirak edən Azercell abunəçilərinin borclarının ödənilməsinə təxris olunacaqları vaxtadək möhlət verilir.

 

Fakturalı Xətt nömrəsinə malik olan yaralılar və müharibə iştirakçıları, və yaxud şəhid olmuş əsgərlərin ailə üzvləri bu güzəştdən istifadə etmək üçün təsdiqedici sənədlərlə (şəxsiyyət vəsiqəsi, müvafiq haldan asılı olaraq, şəhid olmanı və ya yaralanmanı təsdiq edən sənədlər) birlikdə aşağıdakı kanallar vasitəsilə Azercell şirkətinə müraciət edə bilər:

 

- Azercell müştəri xidmətlərinə e-mail (customercare@azercell.com, musterixidmetleri@azercell.com) vasitəsilə müraciət etmək mümkündür. Bu zaman yuxarıda qeyd edilən sənədlərin skan surəti müraciətə əlavə edilməlidir.

- Hərbçilərin özləri və ya ailə üzvləri Azercell Müştəri Xidmətləri mərkəzlərinə də müraciət edə bilərlər. Bakı və bölgələr boyu ofislərin ünvanları ilə bu linkdən tanış olmaq mümkündür: https://www.azercell.com/az/contacts/offices/

 

Qeyd edək ki, “Azercell Telekom” Vətən müharibəsinin başlandığı ilk gündən Azərbaycan xalqının və Ordunun yanında olub. Şirkət müharibədə şəhid olan Röyal Cəfərovun ailəsini himayəsinə götürüb. Azercell erməni terroru ilə üzləşən Gəncə və Bərdə şəhərlərindəki abunəçilərinə, o cümlədən hərbi əməliyyatların gedişini işıqlandıran media nümayəndələrinə rabitə dəstəyi göstərib. İşğaldan azad olunan ərazilərdə ilk rabitə şəbəkəsinə quran Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait də köçürüb.