get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir!

calendar 26.12.2019

Fəaliyyət illəri ərzində KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin, rəqəmsal ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən ölkənin lider mobil operatoru Azercell Telekom, jurnalistlər üçün növbəti ingilis dili kurslarını təşkil edir.

2020-ci ilin əvvəlində start veriləcək kurslar çap, elektron və teleradio kütləvi ınformasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün açıqdır. Kurslarda iştirak etmək üçün jurnalistikada ən azı bir il iş təcrübəsinə malik olan şəxslər KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 15 yanvar 2020-ci il tarixinə qədər 
azercell.press@azmemo.info elektron ünvanı vasitəsilə şirkətə təqdim etməlidirlər. Dərslər ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən əyani şəkildə həftədə 2 dəfə keçiriləcək. 6 ay davam edəcək dərslərdə media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq.

Qeyd edək ki, Azercell 10 ildən artıq bir müddət ərzində jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə yerli jurnlaistləri tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnlalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.