get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell yenidən “Pulsuz Danışıq Günləri” kampaniyasına başladı

calendar 30.11.2014

4,6 milyonluq abunəçi ailəsi ilə Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom yeni kampaniyaya start verib. Şirkət bu dəfə də SimSim abunəçilərini sevindirir. Belə ki,10 fevral – 23 fevral, 2015-ci il tarixlərində onlar üçün Azercell-dən “Pulsuz Danışıq Günləri” kampaniyası keçiriləcək. Kampaniya çərçivəsində 5 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər kəs növbəti yeddi gündən 1-ni Azercell-lilərlə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem tərəfindən avtomatik olaraq  növbəti ardıcıl 7 təqvim günündən seçilərək abunəçiyə bildirilir. Kampaniyaya qoşulmuş abunəçi bu kampaniyaya yenidən yalnız ən son yukləməsindən 7 gün sonra qoşula bilər. Pulsuz danışıq günündə abunəçinin şəbəkəiçi zənglərinin davamiyyəti 30 dəqiqə ilə məhdudlaşdırılacaq. Abunəçi 1010 qisa nomrəsinə boş SMS gondərməklə pulsuz danışıq günləri haqda məlumat əldə edə bilər. Qeyd edək ki, hər kəs tərəfindən böyük maraqla qarşılanan bu kampaniya hər il şirkət tərəfindən abunəçilərinə hədiyyə olunur.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl mobil təkliflərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim edəcək.  

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.