get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən 010 seriyalı gözəl nömrələr!

calendar 28.04.2022

Lider mobil operator müştərilərə eksklüziv seriyalara sahib olmaq şansını yaradır

Ötən ilin noyabr ayında “Yeni 010 nömrələri – Qaliblərin seçimi!” şüarı altında hər kəsin çoxdan gözlədiyi yeni prefiksi istifadəyə vermiş “Azercell Telekom” abunəçilərin zövqlərini oxşayan yeni nömrələri satışa çıxarıb. Beləliklə, 27 aprel 2022-ci il tarixindən etibarən hər kəs “010” prefiksli 3, 4 və 5 rəqəmləri ilə başlayan gözəl nömrələri seçərək əldə edə bilər. Müştərilər hazırda satışda olan nömrələr barədə daha ətraflı şəkildə www.azercellim.com  veb-səhifəsi vasitəsilə tanış ola bilərlər. Bu səhifə istifadəçilərə istədikləri nömrəni qısa müddət ərzində axtarıb tapmağa, onlayn ödəniş etməklə rahat şəkildə rəsmiləşdirməyə imkan yaradır.

Xatırladaq ki, Azercell şirkəti “010” prefiksli yeni nömrələri Vətən müharibəsində əldə etdiyimiz qələbənin ilk ildönümünün şərəfinə mobil rabitə bazarına təqdim edib. Qeyd edək ki, www.azercellim.com  saytı iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən ilk belə platformadır.

Öz müştəriləri üçün daha rahat bağlantını təmin etməyi və rəqəmsal xidmətlərin daha əlçatan olmasını hədəfləyən Azercell şirkəti yeni “010” nömrələrinə sahib olacaq abunəçilərinə yalnız xoş xəbərlər almağı arzu edir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə doğru irəliləyən Azercell-in xidmətləri 5 milyondan çox abunəçinin seçimidir. Şirkətin bazar payı 51%, ölkə ərazisi üzrə əhatə dairəsi 94,15%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,70% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq, Azərbaycanda Qızıl Stevie mükafatı alan yeganə şirkətdir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, “Asan İmza” mobil elektron imza xidməti və həlləri. Azərbaycanda ilk dəfə 5G texnologiyasının pilot rejimdə sınaqlarını da məhz Azercell keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın şəhərini əhatə edir.