get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Bakıda keçirilən "Baku International HR Forum"-a dəstək olub

calendar 01.02.2022

Şirkətin prezidenti Zərinə Zeynalova sürətlə dəyişən texnologiyalar mühitində insan resursları funksiyasının rolu barədə fikirlərini bölüşüb 

Yanvarın 28-də Azərbaycan İnsan Resursları İnstitutunun təşkilatçılığı ilə insan resursları (İR) sahəsindəki innovasiyaların təşviqi və müxtəlif sahələrdə təcrübə mübadiləsi məqsədilə "Baku International HR Forum" (BIHRF) keçirilib. Azərbaycanın telekommunikasiya bazarının lideri Azercell tədbirin baş sponsorlarından biri kimi çıxış edib.

6 ölkədən 16 spiker sürətlə dəyişən korporativ mühitdə insan resurslarının rolu ilə bağlı fikirlərini yerli və beynəlxalq təşkilatları təmsil edən 300 iştirakçı, müxtəlif sektorlardan olan İR departamentlərinin rəhbərləri, dövlət rəsmiləri, sahibkarlar və digərləri ilə bölüşüblər. 

CEO panelinin İR funksiyasının təşkilatın uğurundakı rolu ətrafındakı müzakirəsində çıxış edən Zərinə Zeynalova, əsl biznes tərəfdaşı olmaq üçün həmin funksiyanın vacibliyini vurğulayıb. "Texnologiya və digər sənaye sahələrində innovasiyaların sürətli tətbiqi dəyişən şəraitə yüksək səviyyədə uyğunlaşma tələb edir. Bu baxımdan, kommersiya bacarıqları və sahibkarlıq ruhu, analitik bacarıqlar, emosional dayanıqlılıq, yüksək səviyyədə özünüdərk, ağıllı qərarlar qəbul etmək qabiliyyəti, dürüstlük və etimad İR mütəxəssisindən tələb olunan əsas keyfiyyətlərdir, - deyə, Azercell prezidenti bildirib. Azercell prezidentinin sessiyadakı çıxışı transformasiya liderliyi və dəyişikliklərin idarə edilməsi ilə bağlı fikirləri ətrafında ona auditoriyanın çoxsaylı suallarının yönəlməsinə səbəb olub.

Onu da qeyd edək ki, "BIHRF" çərçivəsində keçirilən "HR Awards" 2022 mükafatlandırma mərasimi zamanı Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları "Ən Yaxşı Sağlamlıq və İşçi Rifahı Strategiyası" və "Ən Yaxşı Təlim və İnkişaf Strategiyası" nominasiyalarında iki yüksək nailiyyət sertifikatı ilə təltif olunub