get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur

calendar 02.11.2023

“e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur

Telekommunikasiya nəhəngi “e&International” (keçmiş adı “Etisalat Group”) Azercell ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib. “e&international” baş ofisi BƏƏ-nin Abu Dabi şəhərində yerləşən və 16 ölkədə müasir rəqəmsal telekommunikasiya şirkətləri portfelini inkişaf etdirən qlobal təşkilatdır.  

Bu əməkdaşlıq Azercell-in ölkənin lider mobil operatoru kimi mövqeyini daha da gücləndirəcək, abunəçilərə yeni xidmətlər və daha geniş bağlantı imkanları üçün zəmin yaradacaq.

30 oktyabr 2023-cü ildə Dubayda imzalanan tərəfdaşlıq müqaviləsi iki telekommunikasiya şirkətinin əməkdaşlığında yeni səhifə açır.

İmzalanma mərasimində Azercell-in prezidenti Zərinə Zeynalova, “e& International”-un baş direktoru Mixail Qerçuk, eləcə də hər iki şirkətin rəhbər əməkdaşları  iştirak ediblər.

“e&International” ilə imzalanmış strateji tərəfdaşlığın məqsədi Azercell abunəçilərinə innovativ əməkdaşlıq çərçivəsində qabaqcıl texnoloji həllər, daha geniş xidmət spektri və Azərbaycandan kənarda daha geniş bağlantı imkanları təqdim etməkdir.

Azercell-in yerli bazarda sahib olduğu geniş təcrübəsinin “e&International” şirkətinin təqdim etdiyi qlobal əhatə və qabaqcıl texnologiyalarla birləşməsi ölkədə telekommunikasiya sektorunun inkişafına yeni təkan verəcək. 

Ölkənin lider mobil operatoru “e& International” tərəfdaş şəbəkəsinə qoşularaq ən qabaqcıl təcrübəyə, eləcə də innovativ texnologiyalara və həllərə unikal çıxış imkanı əldə edəcək.

Tərəfdaşlıq sazişi iki təşkilat arasında əməkdaşlıq və təcrübə mübadiləsi çərçivələrini müəyyənləşdirir. Belə ki, sazişin şərtlərinə əsasən, “e& International” şirkəti  Azercell-ə kommersiya və əməliyyat fəaliyyətinin idarə edilməsində, təchizat zəncirinin optimallaşdırılmasında, topdansatış ticarətinin və rouminq imkanlarının genişləndirilməsində ​​dəstək verəcək.

İmzalanma mərasimində Azercell-in prezidenti Zərinə Zeynalova bildirib: "Müasir rəqəmsal telekommunikasiya şirkətlərindən ibarət geniş şəbəkəyə malik dünya lideri “e&International” ilə güclərimizi birləşdirməkdən şərəf duyuruq. Bu əməkdaşlıq bizim “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədimizə tam uyğundur.  Bu strateji məqsədin əsas istiqamətlərindən biri məhz abunəçilərimizi qabaqcıl həllər və üstün müştəri təcrübəsi ilə təmin etməkdir. Biz bu tərəfdaşlığın qarşılıqlı faydalı olacağına ürəkdən inanırıq.”

“e&International” şirkətinin baş direktoru Mixail Qerçuk bildirib: "Azercell-in tərəfdaş proqramımıza qoşulmasından olduqca məmnunuq. Bu proqram müstəqil telekommunikasiya operatorlarına rəqabət mühitində biznesin idarə olunması,  istedadların işə cəlb edilməsi və yüksək əməliyyat xərclərinin idarə olunması ilə bağlı problemlərin həllində dəstək olmaq üçün yaradılıb.  Ümid edirik ki, bu tərəfdaşlıq Azercell-in gəlirliliyinin artırılmasına, əməliyyatlarının optimallaşdırılmasına, xərclərinin azaldılmasına dəstək olacaq. Bu da öz növbəsində şirkətin daha da sürətli inkişafına töhfə verəcək."

Azercell-in  “e& International” şirkəti ilə imzaladığı tərəfdaşlıq müqaviləsi ölkənin aparıcı mobil operatorunun davamlı təkmilləşməyə və abunəçilərinə innovativ həllər və ən yaxşı telekommunikasiya xidmətləri göstərməsinə dair üzərinə götürdüyü öhdəliyi həyata keçirməsinə  bariz nümunədir.