get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Barama Graduation Ceremony” tədbiri baş tutub

calendar 04.08.2018

Azercell-in Barama mərkəzi növbəti məzunlarını yola salıb

“Azercell Telekom” MMC tərəfindən ölkəmizdə sahibkarlığın və innovasiya mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində “Barama Graduation Ceremony” tədbiri baş tutub. Bu, Barama Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi ikinci startap inkubasiya proqramının bağlanış mərasimi olub. Tədbir çərçivəsində artıq məzun olan, eləcə də mərkəzdə fəaliyyətini davam etdirəcək startaplar iştirak edib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin fəaliyyətindən və bu illər ərzində həyata keçirdiyi layihələrdən söz açaraq, 9 il ərzində Barama Mərkəzinin 70-dən çox startap layihəyə dəstək olduğunu, onlardan 45-nin uğurlu biznes qurduğunu, mərkəz tərəfindən reallaşdırılan layihələrin həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılandığını bildirib.

Tədbirdə proqramı uğurla başa vurmuş startapın adı açıqlanıb. Belə ki, “Barama İnkubasiya Proqramı”nı  keçərək  bugün məzun olan və uğurlu şirkətə çevrilən “Technote Media” şirkəti ən uğurlu startap seçilib. “Technote Media" Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyidir. Barama Mərkəzində fəaliyyət göstərən zaman bir çox uğurlara imza atan və ölkəmizi Web Summit, The Next WEB, Cannes Lions və s. kimi texnologiya sahəsində keçirilən dünyanın ən nüfuzlu tədbirlərində təmsil edən ilk və yegənə media qurumu olub.

Məzun olan digər startaplar arasında müştərilərinə yerli istehsal hesabına hazırlanmış GPS izləmə cihazları və sistemi təklif edən “Automaks”, istifadəçilərə reklama baxmaqla pul qazanmaq, şirkətlərə isə reklam strategiyalarını daha effektiv həyata keçirməyə imkan verən, effektivliyi təmin etmək üçün müxtəlif texnologiyalardan istifadə edən mobil tətbiqin hazırlanmasını nəzərdə tutan “BonAdve”, elektron qan donorluğu platformasını hazırlayaraq qana ehtiyacı olan xəstələrin sürətli və effektiv formada donor tapmasını təmin edən “e-Donor”, istifadəçilərinə müəyyən büdcə daxilində səyahət planlaması imkanı yaradan “Tripparo” və sürücülərin sükan arxasında yuxulayaraq qəza şəraiti yaratmasının qarşısını alan innovativ eynəyin hazırlanmasını əhatə edən, həmçinin Azərbaycanı Seedstars 2017 qlobal startap müsabiqəsində təmsil edən “WakeMeUp” startapları olub.

Tədbirdə Baramada fəaliyyət göstərən və artıq məzun olan startaplar mərkəzin onların inkişafında müstəsna xidmətlərindən söz açaraq gənclərin öz innovativ fikirlərini həyata keçirməsi və uğur qazanması üçün lazım olan vəsait, resurs və biliklərlə təmin olunduqlarını vurğulayıblar. Mərasimin sonunda startaplara sertifikatlar və Azercell tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan biznes mühitində innovasiyaları artırılması, rəqəmsal və sahibkarlıq ekosistemini inkişafı istiqamətində fəaliyyət göstərən Barama mərkəzinin məqsədi startapların öz bizneslərini qurmasına, innovativ xidmət göstərməsinə və yeni müştəriləri əldə etməsinə dəstək olmaqdır.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.