get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Barama HackDay 2016 yarışmasının qalibləri bəlli oldu

calendar 14.03.2016

Azercell Telekom MMC-nin  dəstəyi ilə ölkəmizdə  daha bir maraqlı yarışma baş tutub. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə “Barama HackDay 2016” layihəsi martın 10-dan etibarən gənc proqramçıları bir araya toplayıb. Barama HackDay 2016 tədbirinə ilkin olaraq 43 komanda (hər komandada 3 nəfər olmaqla)  müraciət edib və  münsiflər heyyətinin qiymətləndirməsindən sonra 13 komanda yarışmada iştirak hüququ qazanıb. “Pyhton və proqramlaşdırmanın əsasları” adlı təlimlə start götürən tədbirin yarış hissəsi 12 Mart 09:00-dan etibarən başlayıb və 36 saat davam edib. Proqramçılar bu müddət ərzində yarışın “Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyiblər.Yarışmada iştirak edən komandalara “qida” sektoru ilə bağlı mövzu təqdim olunub. Heyətlərində dizayner, front-end developer, backend developer olan komandalara verilən mövzuya uyğun olaraq 36 saat ərzində web resurs yaratmaq tapşırılıb.

14 mart tarixində baş tutan mükafatlandırma mərasimində hər bir komanda 5 dəqiqədən çox olmayaraq hazırladıqları resursları münsiflər heyyəti qarşısında təqdim ediblər. “Works On My Machine” qalib komanda üzvləri Önər Əlili, Eldar Ələsgərov, Rauf Əliyev “Huawei mate s” smartfonları ilə mükafatlandırılıblar. 2-ci və 3-cü yerlərin sahibi olan “YUSOFT” (Elşad Pirimov, Rüfət Babakişiyev, Hikmət Qurbanlı) və “Bet265” (Məzahir Eyvazlı, Rəhman Məmmədov, Xumar Musayeva) komandalara isə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Xatırladaq ki, yarış müddətində proqramçıların yemək təminatını “PizzaMizza” şirkəti öz öhdəsinə götürüb. Tədbirin rəsmi informasiya dəstəyini isə “technote.az” informasiya portalı həyata keçirib.                          

Məlumat üçün bildirək ki, bütün dünyada məşhur olan “Hackathon” müəyyən bir mövzu ilə bağlı proqramçıların bir araya gəlib məhdud zaman ərzində komandalar şəklində rəqəmsal resurslar hazırladığı bir yarışdır. Developerlər üçün “party” (bayram) sayılan bu tədbirin əsas məqsədi yeni “hacker”, yaxud developelərin tanış olmalarına, bu mədəniyyətin dərindən öyrənilməsinə və insanlara faydalı olacaq məhsulların istehsalına şərait yaratmaqdır.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.