get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Barama Innovasiya və Sahibkarlıq Mərkəzində Blockchain mütəxəssisləri bir arada

calendar 28.07.2017

Azercell Telekom MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin ən uğurlu startaplarından biri olan – Technote Media  son ayların geniş müzakirə mövzusu doğuran Blockchain ilə bağlı görüş təşkil edib. Qeyd edəj ki, Blockchain texnologiyası ilə təşəbbüskarlar startaplarını ICO-ya çıxarır və kriptovalyutalar vasitəsilə iri həcmli maliyyə resursları cəlb edir. Bu mövzu "Orxan Əhməd"in moderatorluğu ilə müzakirə olunub. Görüşdə həmçinin Blockchain texnologiyasından startaplar necə faydalanır?,Qlobal startaplar milyonlarla dollar vəsaiti ICO vasitəsilə necə cəlb edir?, Birjalarda kriptovalyutaların qiymətinin sürətli şəkildə enməsinin ICO edən startaplara təsiri, Blockchain və kriptovalyuta alqı-satqısının fərqləri və Blockchain Texnologiyası, Etherium və Bitcoin kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Blockchain sahəsi ilə maraqlanan və məşğul olan şəxslər və startaplar iştirak edib.


Sahibkarlığa dəstək vermək məqsədilə yaradılan və əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri, yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edən Barama Innovasiya və Sahibkarlıq Mərkəzi müasir günümüzdə Blockchain sahəsinin aktuallığını nəzərə alaraq yeni tədbirlər təşkil etməyi planlaşdırır.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz      

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.