get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir

calendar 28.03.2017

Azercell Telekom MMC Bakı Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində Barama Media Mərkəzini tələbələrin ixtiyarına verib. BDU-nun Jurnalistika fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.

Açılış mərasimində çıxış edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov yaradılan Media Mərkəzinin tələbələrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradacağını qeyd edib: “Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalanıb, xüsusi laboratoriyalar quraşdırılıb. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar”.

 

Xatırladaq ki, ötən il Azercell ilə BDU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Şirkət BDU-da 3-cü və 4-cü kursda təhsil alan və yüksək təhsil göstəriciləri olan tələbələr üçün aylıq təqaüd layihəsinə başlayıb. Qalib tələbələr 1 il ərzində hər təhsil ayı üzrə “Azərcell Telekom”-dan 200 manat təqaüd almaq və şirkətin müxtəlif tədbirlərində iştirak etmək şansı əldə edirlər.

Məlumat üçün bildirək ki, Barama Media Mərkəzi Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə yaradılıb

.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.