Azərbaycanda böyük populyarlıq qazanan WoWoman - xanımların şəxsi inkişaf platforması 2 illiyini qeyd edib. Fairmont Baku otelində baş tutan hesabat xarakterli toplantıda platformanın 2016-cı ildəki uğur və nailiyyətləri qeyd olunub, həmçinin bu layihəyə dəstək olan qurumlar mükafatlandırılıb.
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bu il ərzində WoWoman platformasının ən yaxşı tərəfdaşlarından biri elan olunub. Qeyd edilib ki, WoWoman platforması ötən il Barama Mərkəzi ilə birlikdə "TechFall 2016 Hackathon" layihəsini həyata keçirib. Layihə çərçivəsində proqramçılar 36 saat ərzində yatmadan, fasiləsiz yeni mobil tətbiqetmə hazırlayaraq “Hackathon” formatında yarışıblar.
WoWoman platformasının ötən il ərzindəki ən uğurlu layihələrindən biri olan “Tech-Tech Xanım” da Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyilə baş tutub. İl ərzində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında məlumatlar verilib. Proqram çərçivəsində 20-dən çox tədbir keçirilib, 1500-dən çox ərizə daxil olub. Ötən il həmçinin, “WoWenture” sahibkarlıq proqramı, HR sahəsində çalışan xanımlar üçün “HR Academy” layihəsinə start verilib.
Ümumilikdə xanımların fərdi və peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılan WoWoman platforması 2 il ərzində 6500-dən çox iştirakçı ilə 100-dən çox tədbir, 15 uzun müddətli proqram təşkil edib və 17 500 müraciət alıb. Bu layihə bəzi beynəlxalq mükafatlara da layiq görülüb, bir sıra xarici ölkələrdə nümayəndəlikləri yaradılıb.
Üçüncü ilində platforma çərçivəsində “WoWenture”, “HR Academy”, “Events” and “Express yourself” layihələri ilə yanaşı, dünyanın daha 20 ölkəsində platformanı təsis etmək planlaşdırılır. O cümlədən, yeni "Pro in Projects" adlı layihənin idarəedilməsi proqramına, film çəkmək üzrə “WoWideo” proqramına və "WoWoman in Me" layihəsinə start veriləcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.