Azercell və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası Barama Media Mərkəzi gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsinə start verir! "Science via Media" layihəsi yarış formatında baş tutacaq və layihə elmi izahların media dilində topluma çatdırılmasıyla gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyir. 30 Sentyabrdan etibarən 1 ay 15 gün ərzində iştirakçı qəbulu davam edəcək, növbəti 10 günlükdə isə səsvermə ilə qiymətləndirmə keçiriləcəkdir.
Müsabiqədə iştirak üçün başlıca şərt bu günə qədər dünya üzrə kəşf edilmiş və ya elmi araşdırmaları davam edən- kəşf mərhələsində olan hər hansı bir nəzəriyyənin, teoremin elmi açılışını 90 saniyəlik video çarxda izah etməli və bunu öz ideyalarınla ən yüksək səviyyədə tamaşaçıya anlaşıqlı etməyə çalışmaqdır.
"Science via Media" gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcək, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək gəncliyin, həm də toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəkdir.
Münsiflər heyəti və “”YouTube” kanalı üzərindən 50/50 formatında baş tutacaq səsvermədə qaliblər müəyyən ediləcək və ilk 3 yerin qalibi yüksək dəyərli xüsusi mükafat qazanacaqdır. Növbəti yerlərin sahibləri isə həvəsləndirici hədiyyələrlə təltif ediləcəkdir.
Çəkilmiş video çarxlar baramabsu@gmail.com. elektron ünvanına göndərilməli.
Materialların göndərilməsi üçün son tarix: 15.11.2017