Barama İnnovasiya və Sahibkalıq Mərkəzi, Azercell və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsi uğurla tamamlanmış və qaliblərə mükafatlar təqdim edilmişdir. Qaliblərin məyyən edilməsi Youtube kanalı və münsiflər tərəfindən verilən ballar əsasında baş tutub.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov və Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova tədbirin əvvəlində çıxış edərək "Science via Media"nın gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcəyini, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək gəncliyin, həm də ümumi toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəyini qeyd etmişlər.
Həmçinin, 19 Fevral 2018 tarixində Bakı Dövlət Universitetində baş tutan bağlanış mərasmində “Technote” startupının rəhbəri Fərid Pərdəşünas, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və tanınmış aktyor, video bloger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirə də rellaşıb. Müzakirələr zamanı tələbələrə mediada startuplar, yeniliklər haqqında təcrübədən doğan məlumatlar verilərək, onların sualları cavablandırılıb.
“Science via Media” müsabiqəsində 1-ci yeri Nigar Abbasova və Vüsalə Hacıyeva “X (Məchul)” adlı çarxla, 2-ci yeri Ayna Zərbəliyeva və Çiçək Məmmədova “Genetik Yaddaş” çarxı ilə və 3-cü yeri Nurlan Salamov “Klonlama” mövzusunda hazırladığı video-çarxla qazandılar.
Qeyd edək ki, "Science via Media" layihəsi yarış formatında baş tutmuş və layihə elmi izahların media dilində topluma çatdırılmasıyla gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyərək 5 mövzuda gənclərdən iştirakçı qismində videolar qəbul etmişdir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.