get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Baramanın startapları üçün imkanlar genişləndi

calendar 04.07.2019

2009-cu ildə “Azercell Telekom” MMC tərəfindən yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə sahibkarlıq mühitinin və startap sisteminin inkişafına öz dəstəyini verib. Əsasən, informasiya texnologiyaları sahəsinə aid olan layihələrin və startapların formalaşaraq müstəqil şirkətə çevrilməsində yardımçı olan mərkəz, “Azercell Telekom” MMC-nin brendi olaraq qalmaqla bundan sonra öz fəaliyyətini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyində davam etdirəcək.

İnnovasiyalar Agentliyi Mərkəzin gələcək fəaliyyət və inkişaf perspektivlərinə dəstək verməklə onun idarəetməsini həyata keçirəcək. Bunun nəticəsində təşkilati proseslərin səmərəliliyinin artırılması yolu ilə ölkədə sözügedən sistemin inkişafı üçün əlverişli şəraitin yaradılması və daha geniş imkanların təqdim edilməsi mümkün olacaq. Qeyd edək ki, hazırda Barama 15 startapa dəstək göstərməkdədir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.