get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Beynəlxalq biznes aləmi Azərbaycanı tanıdı! Ölkəmizi təmsil edən şirkət Məşhur Stevie Biznes Mükafatına 3 nominasiyada layiq görüldü

calendar 30.11.2013

Ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən  Azərbaycanın  lider  mobil operatoru Azercell Telekom daha bir uğura imza atıb. Azercell telekommunikasiya sahəsində tətbiq etdiyi yenliklərə və həyata keçirdiyi innovativ layihələrə görə 3 nominasiya üzrə nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatını (İnternational Business Awards Stevie) qazanıb:

 

İlin ən yaxşı məhsulu (“Bölgə” tarifi);

İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlər);

İlin ən yaxşı Müştəri Xidməti.(Müştəri Loyallığl İndeksinin ölçülməsinə dair layihə).

 

Dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində Azercell Telekom-un bu il regionlarda yaşayan abunəçiləri üçün istifadəyə verdiyi “Bölge” tarifi, “İlin ən yaxşı məhsulu” nominasiyasında qaliblərdən biri oldu. Azercell eyni zamanda şəbəkəsini 20% gücləndirib, genişləndirilməsi,  4G şəbəkəsinin istifadəyə verilməsi, ölkədə ən sürətli Mobil İnternetin təqdim edilməsi, ən yeni texnologiyaların Azərbaycan bazarında tətbiqi və s. nailiyətlərinə görə “İlin telekommunaksiya” şirkəti seçildi. Ən nəhayət, şirkət 3-cü mükafatını “İlin ən yaxşı Müştəri Xidməti” nominasiyası üzrə Müştəri Loyallığı İndeksi olan NPS-in(Net Promoter Score) ölçülməsinə dair sistemin tətbiqinə görə aldı.

 

Seçilən qaliblər 2014-cü ilin oktyabr ayında Beynəlxalq Biznes Mükafatının Parisdə keçiriləcək təntənəli tədbirində mükafatlandırılacaqlar.

 "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.Təsis olunduğu qısa müddət ərzində "Stevie" dünya işgüzar aləmində ən mötəbər mükafatlardan birinə çevrilib. İlk dəfə 2002-ci ildə "American Business Awards" mükafatının təqdimatı keçirilib. 2003-cü ildə isə "International Business Awards" təqdim edilib. Növbəti illərdə uğurlu qadın biznesmenlərə, daha sonra müştəri xidmətləri ilə fərqlənən qurumlara "Stevie" mükafatı təqdim edilib.

Qeyd edək ki, Azercell Telekom 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə İlin İctimaiyyətlə Əlaqələr Kampaniyası, 2012-də isə Karbon Kalkulyator layihəsinə görə İlin Kreativ Komandası nominasıyasında Stevie mükafatına layiq görülmüşdü.