get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Beynəlxalq “Svyaz-Ekspokomm-2014” sərgisində Azercell Azərbaycanın mobil rabitə bazarını təqdim edir

calendar 30.11.2013

“Svyaz-Ekspokomm” – sərgisi on illiklər boyu Rusiya Federasiyası, MDB və Şərqi Avropa ölkələrinin telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən əlamətdar hadisədir. Yeni avadanlıq, texnologiya və ya xidtmət təqdim etmək və yeni biznes əlaqələr üçün münbit məkan olan bu sərgi həmçinin müasir həyatın müxtəlif sahələrində innovativ və rabitə texnologiyalarının tətbiq imkanlarını nümayiş etdirir. 26 ölkədən 554 şirkəti birləşdirlən 26-cı “Svyaz-Ekspokomm” sərgisi 13-16 may tarixlərində keçirilir.  Sərgi xidmət və texnologiyaların geniş spektrini nümayiş etdirir: telekommunikasiya texnologiyaları və şəbəkələr, informasiya infrastrukturu, rabitə operatorlarının xidməti, informasiya sistemləri, proqram təminatları və xidmətləri, informasiya və fiziki təhlükəsizlik üzrə həllər, istehlakçı alətləri, kontent, media, əyləncə, biznesə dəstək və xidmətlər.

Azərbaycanın mobil rabitə bazarının lider şirkəti olan Azercell Telekom Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında təmsil olunan nümayəndə heyəti tərkibində sərgidə ölkənin mobil rabitə bazarını təqdim edir. Azercell-in sərgidə nümayiş etdirdiyi yeniliklərdən biri M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. Sözügedən texnologiya müxtəlif məişət və sanaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sanayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur. Hal-hazırda Azərbaycanda M2M texnologiyası yalnız Azercell Telekom şirkəti tərəfindən təqdim olunur. Bununla bərabər şirkət ölkədə ilk dəfə tətbiq etdiyi digər yeniliyi - Asan İmza (mobil imza) xidmətini də nümayiş etdirir. Bu xidmət hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanını yaradır. Azercell-in fəaliyyəti və yüksək texnologiyalar əsasında təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər, həmçinin Rusiya Federasiyanın dövlət nümayəndələri və iri özəl şirkətlərin də diqqətini cəlb etmişdir.

İnnovativ məhsullarla öz abunəçilərini daim sevindirən Azercell ölkəmizin inkişafını həmçinin Azərbaycandan kənarda, digər ölkələrdə də geniş təqdim etməyə davam edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.